- Baxış sayı: 33
- 26 Aprel 2024 21:10
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
Avropa liqasının qrup mərhələsinin 4-cü turunda APOEL-lə qarşılaşacaq “Qarabağ” noyabrın 5-i Kiprə yollanacaq.
Allsport.az xəbər verir ki, Ağdam təmsilçisi saat 18:00-dan sonra çarter reysi ilə səfərə yola düşəcək. Təyyarənin uçuşdan 3 saat sonra Kiprə eniş etməsi gözlənilir.
Noyabrın 6-sı Qurban Qurbanovun mətbuat konfransı və komandanın oyunun keçiriləcəyi GSP stadionunda məşqi nəzərdə tutulub.
Noyabrın 7-si Nikosiya şəhərində baş tutacaq APOEL – “Qarabağ” matçı Bakı vaxtı ilə 21:55-də start götürəcək. Oyundan dərhal sonra komanda Bakıya qayıdacaq.