- Baxış sayı: 36
- 09 İyun 2026 13:09
- Baxış sayı: 49
- İyun 08, 2026
- 0

Allsport.az xəbər verir ki, bu gün Azərbaycan premyer liqasında 30-cu tur başa çatıb.
Günün ilk oyununda “Şamaxı” öz meydanında – Şamaxı şəhər stadionunda “Sumqayıt”la qolsuz heç-heçə edib.
“Qarabağ” isə bu mövsümdə ilk məğlubiyyətini alıb. Ağdam təmsilçisi “Bank Respublika Arena”dakı görüşdə “Sabah”a 1:2 hesabı ilə uduzub.
Paytaxt klubunun qollarını 72 və 76-cı dəqiqələrdə Coy Lens Mikels vurub. “Qarabağ”dan isə 86-cı dəqiqədə Riçard Almeyda penaltidən fərqlənib.