“Qarabağ” Serbiya millisinin üzvünü istəyir

“Qarabağ” “Srvena Zvezda”nın hücumçusu Milan Pavkovu transfer hədəfinə alıb. Allsport.az Serbiya mətbuatına istinadla xəbər verir ki, Ağdam klubu 26 yaşlı hücumçuya ciddi maraq göstərir.

Qeyd edilib ki, “Qarabağ” çempionlar liqasına vəsiqə qazanmaq səviyyəsində təcrübəsi olan hücumçu axtarır. Pavkov özünü “Liverpul”, “Helsinki” və “Kopenhagen”ə vurduğu qollarla göstərib.

Serbiya klubu Pavkov üçün ötən illərdə 1,2 milyon avro təzminat istəyib. Ancaq Belqrad təmsilçisinin futbolçunu bu gün hansı qiymətə satmağa hazırlaşdığı məlum deyil. Forvard “Srvena Zvezda”dan ayrılmağa müsbət baxır. Çünki klub əsas hücumçu kimi “Panatinaikos”dan Federiko Makedanı almağa hazırlaşır.

Pavkov 2017-ci ildən “Srvena Zvezda”da çıxış edir. Serbiya millisinin üzvü ötən mövsüm keçirdiyi 29 oyunda 9 qol vurub, 3 məhsuldar ötürmə edib. Onun “Transfermarkt”da dəyəri 2,2 milyon avrodur.

Həmin kateqoriyadan