İlk gündə 10 min bilet satıldı!

“Qarabağ” qitə liqasının qrup mərhələsinin ilk matçında sentyabrın 19-da İspaniya təmsilçisi “Sevilya”nı qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, artıq qarşılaşmanın biletləri sentyabrın 14-dən etibarən satışdadır. Qiymətlər sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-dir.

İlk gündə 10000 bilet artıq satılıb. Bu isə qısa zamanda bütün biletlərin satılacağı ehtimalını artırır. Sentyabrın 19-da Tofiq Bəhramov adına respublika stadionunda görüş saat 20:55-də başlayacaq.

Biletlərin satış məntəqələri:
Tofiq Bəhramov adına respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn)

Həmin kateqoriyadan