“Qarabağ” – “Sevilya”: Son məşq və mətbuat konfransı

Avropa liqasının “A” qrupunun ilk turunda “Qarabağ” – “Sevilya” görüşündən öncə mətbuat konfranslarının vaxtı bəlli olub.

Allsport.az saytı xəbər verir ki, sentyabrın 18-də saat 16:00-da Tofiq Bəhramov adına respublika stadionunun mətbuat zalında baş məşqçi Qurban Qurbanov KİV önünə çıxacaq. 

“Köhlən atlılar”ın son məşqi saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında olacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıqdır.

İspaniya klubunun baş məşqçisi Xulen Lopeteqi isə saat 18:30-da mərkəzi stadionunun mətbuat zalına gələcək. Rəqibin son məşqi saat 19:00-da həmin məkandadır.

Həmin kateqoriyadan