“”Qarabağ” təşkilatlanmış komandadır”

Premyer liqanın 6-cı turunda “Qarabağ” – “Qəbələ” görüşündən (3:0) sonra, qonaqların baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 40 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:

“İlk öncə Füzuli şəhərinin azad olunması münasibətilə hamınızı təbrik edirəm. Klub olaraq ermənilərin terrorunu lənətləyirik. İnanırıq ki, dövlət, xalq olaraq onların cəzalarını verəcəyik.

Oyuna gəlincə, komandalar arasında fərq hiss olunur. “Qarabağ” təşkilatlanmış komandadır. Biz isə yeni komandayıq. İnanıram ki, oyundan-oyuna biz də yaxşı performans göstərib, layiq olduğumuz yerlərə qalxacağıq. Ümumi götürəndə, bizim də fərqlənmək imkanlarımız oldu.

“Qarabağ” elə bir komandadır ki, hər zaman sənə təzyiq edir və bundan həmişə çıxa bilmirsən. Hesab edirəm ki, rəqib bu gün layiqli qələbə qazandı. Ancaq “Qarabağ” bizdən güclü idi”. 

Həmin kateqoriyadan