- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

Premyer liqanın 17-ci turunun “Zirə” – “Qarabağ” oyununda 6:0 hesablı qələbə qazanan qonaqların 6 futbolçusu qol sevinci yaşayıb.
Allsport.az xəbər verir ki, bu, Ağdam təmsilçisinin ölkə çempionatlarındakı çıxışları tarixində ikinci belə hadisədir. İndiyədək yalnız bir dəfə “Qarabağ”ın 6 üzvü eyni matçda qol vurub.
2012-ci il avqustun 19-da “Sumqayıt”la səfər oyununda 6:1 hesabı ilə qalib gələn ağdamlıların qollarına fərqli futbolçular imza atmışdı. Həmin vaxt Riçard Almeyda, Rəşad Sadiqov birinci, Vüqar Nadirov, Muarem Muarem, İlqar Qurbanov və Namiq Yusifov ikinci hissədə fərqlənib.