“Kordoba”nın baş məşqçisi gileyləndi: Ovusu “Qarabağ”a keçəndə bizə məlumat verməyib

İspaniyanın “Kordoba” klubunun baş məşqçisi Raul Ayne qanalı Kvabena Ovusunun “Qarabağ”a transfer olmasından danışıb. Allsport.az xəbər verir ki, ispan mütəxəssis hücumçunun doğru hərəkət etməməkdə günahlandırıb:

“Ovusu komandadan qaçdı. Bizdə oynamaq istəmirdi. Mən də belə oyunçunu sərəncamımda istəmirəm. Bizə dedi ki, bir komanda daha çox pul verir, bu şansı qaçırmaq istəmirəm. 

Başa düşmək lazımdır ki, sizə pul verən bir klub var və bu, hər şeydən üstündür. “Qarabağ” və Ovusu onları nə gözlədiyini hələ bilmirlər. Ovusu komandadan gedəndə bizə məlumat verməyib. Belə hərəkət etməsinin səbəbini bilmirəm, amma düzgün addım deyil”.

“Qarabağ”la Ovusunu İspaniya la liqa təmsilçisi “Leqanes”dən transfer edib. 22 yaşlı hücumçu mövsümün ilk yarısını icarə əsasında “Kordoba”da keçirib. Onun “Kordoba” ilə müqaviləsi mövsümün sonuna qədər idi.

Həmin kateqoriyadan