“Qarabağ” və “Zirə” cərimələndi

AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda premyer liqanın 13-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Qarabağ” – “Zirə” oyununda meydan sahiblərinin nömrəli futbolçusu Kevin Medina birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat ziyana düşüb.

“Zirə”nin futbolçusu Dmitrios Çantakias 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimələnib.

Həmin kateqoriyadan