“Qarabağ” Xocalı faciəsini andı

“Qarabağ” Xocalı faciəsini andı

“Qarabağ”ın bazasında qan yaddaşımızın səhifələrindən biri Xocalı faciəsinin il dönümünə dair tədbir keçirilib. Allsport.az xəbər verir ki, hər zaman ölkəmizin tarixində xüsusi məqamlara diqqətlə yanaşan klubun vitse-prezidenti Tahir Gözəl Xocalı faciəsinin il dönümüylə bağlı bu gün komandayla görüşüb.

Görüş Xocalı qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb.

Daha sonra vitse-prezident həm Azərbaycan, həm də ingilis dillərində 28 il bundan əvvəl baş verən Xocalı faciəsi haqda ətraflı danışıb və futbolçulara geniş məlumat verib.

Həmin kateqoriyadan