- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 74
- İyun 23, 2026
- 0

“Qarabağ” yeni transferini açıqlayıb. Allsport.az xəbər verir ki, Ağdam təmsilçisi İspaniyanın “Leqanes” klubunun hücumçusu Kvabena Ovusunu transfer edib. Müqavilənin müddəti hələ açıqlanmayıb.
Ovusu yetirməsi olduğu Qananın “Akkra” klubundan “Leqanes”ə 2017-ci ildə keçib. Madrid klubu qanalı hücumçunu 4 dəfə icarəyə verib. 22 yaşlı futbolçu mövsümün ilk yarısını icarə əsasında “Kordoba”da keçirib və 16 oyunda 6 qol vurub.
Ovusu Qana yığmasına ötən ildən dəvət alır. O, millidə 3 oyun keçirib və 1 qol vurub.