“Qarabağ” yüngül toplu çalışmalarla kifayətlənib

“Qarabağ” 8-ci turda “Səbail” ilə oyuna hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, komanda bir günlük istirahətin ardından çalışmaları bərpa edib. Bugünkü məşqi təxminən 1 saat davam edib. Futbolçular yüngül toplu çalışmalarla hazırlığı başa vurub.

Milli komandada olan futbolçular da komandaya qoşulub. İslandiya millisinə dəvət alan qapıçı Hannes Halldorsson bu gün Bakıya gələcək. Bolqarıstan və Konqo yığmalarında yer alan iki futbolçu – Simeon Slavçevlə Con Delarjın isə bu gün baş tutacaq oyunlardan sonra ölkəmizə qayıdacaq.

Həmin kateqoriyadan