- Baxış sayı: 24
- 06 Avqust 2026 19:34
- Baxış sayı: 180
- Avqust 05, 2026
- 0

Allsport.az xəbər verir ki, Riçard Almeyda “Qarabağ”ın heyətində 60-cı qolunu vurub. Braziliya əsilli yarımmüdafiəçi Azərbaycan premyer liqasının 35-ci turunda fərqlənib.
O, “Sumqayıt”la ev görüşündə (1:2) rəqib qapısına yol tapıb. Riçard Ağdam klubunun heyətində Azərbaycan çempionatında 47, avrokuboklarda 8, ölkə kubokunda 5 qola imza atıb.
Almeyda “Qarabağ”ın heyətində 2012/13 mövsümündə debüt edib. O, ilk qolu da “Sumqayıt”ın qapısından keçirib. Yarımmüdafiəçi 2012-ci il avqustun 12-də səfərdəki qarşılaşmada (6:1) fərqlənib.