“Qarabağ”da avrokubok oyunu öncəsi itkilər

“Qarabağ” qitə liqasının “İ” qrupunun 4-cü turunda “Sivasspor”la oyuna itkilərlə çıxacaq. Allsport.az saytı xəbər verir ki, Filip Ozobiç cəza üzündən görüşü buraxacaq.

Azərbaycan millisində koronavirus testləri müsbət çıxan kapitan Maksim Medvedev və müdafiəçi Rahil Məmmədov da İstanbula aparılmayıb.

Zədəli olan Patrik Andrade, Abbas Hüseynov və Bədavi Hüseynovun matça çıxacaqları sual altındadır.

Adı çəkilən oyun noyabrın 26-da İstanbulda “Başağşəhər Fateh Tərim” stadionunda saat 21:55-də başlayacaq. İlk qarşılaşmada Türkiyə klubu 2:0 qalib gəlmişdi. 

Həmin kateqoriyadan