“Qarabağ”da biri sağaldı, daha ikisi xəstələndi

“Qarabağ”ımız qitə liqasının “İ” qrupunun 5-ci turunda “Makkabi” ilə oyun öncəsi UEFA-nın tələblərinə uyğun koronavirus testindən keçib. Allsport.az saytı xəbər verir ki, hücumçu Mahir Əmrəlidə nəticəsi pozitiv çıxıb və Türkiyəyə aparılmayıb.

Bir müddətdir Türkiyədə reabilitasiya keçən müdafiəçimiz Abbas Hüseynov da bu gün koronavirus testindən keçib və müdafiəçimizdə də koronavirus aşkarlanıb. Öncə isə komandamızın baş məşqçisi Qurban Qurbanov və tərcüməçilər Elvar QuliyevAydın Rüstəmovda testin nəticəsi pozitiv çıxdığı üçün komandadan ayrı düşüb.

Millidə koronavirusa yoluxmuş Maksim Medvedev hələ də müalicəsini Lüksemburqda davam etdirir, Xorvatiyada isə müalicə keçən müdafiəçi Rahil Məmmədovun dünən verdiyi koronavirus testinin nəticəsi mənfi çıxıb və İstanbula yollanaraq komandaya qoşulub.

Yığmadan döndükdən sonra COVİD-19-a yoluxmuş daha bir futbolçumuz Musa Qurbanlının son 2 testi də neqativ çıxıb, lakin futbolçu məşqlərdən uzaq olduğun üçün “Makkabi” ilə oyunun heyətinə əlavə edilməyib.

Həmin kateqoriyadan