“Qarabağ”dan 450-ci qələbə

“Qarabağ” ölkə çempionatlarında 450-ci qələbəsini qazanıb. Allsport.az saytı xəbər verir ki, yubiley 8-ci tura təsadüf edib. “Keşlə”ni 6:1 hesabı ilə məğlub edən Ağdam klubu, bunadək 449 dəfə qalib gəlmişdi. 450-ci uğur 804-cü matça təsadüf edib. Əyalət təmsilçisi evdə 267, səfərdə 180, neytral meydanda 3 dəfə rəqiblərini məğlub edib.

“Azərsun arena”dakı görüş həm də mövsümün iki rekordu ilə əlamətdar olub. Cari çempionatda ən çox qolun vurulduğu matçda həm də ən böyükhesablı nəticə qeydə alınıb.

“Qarabağ” ölkə çempionatlarında ilk qələbəsini 1992-ci il mayın 6-da Kürdəmir “Şirvan”ı ilə ev oyununda qazanıb – 6:0.

Həmin kateqoriyadan