- Baxış sayı: 32
- 09 Noyabr 2026 23:25
- Baxış sayı: 213
- Noyabr 09, 2026
- 0

“Qarabağ”dan ayrılan Simeon Slavçevin yeni klubu məlum olub.
Allsport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Bolqarıstanın “Levski” klubuna keçib. Bolqarıstanlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Slavçev “Qarabağ”a 2018-ci ildə Lissabon “Sportinq”indən keçmişdi. O, Ağdam klubunda 39 oyuna 2 qol vurub.