- Baxış sayı: 40
- 23 İyun 2026 15:47
- Baxış sayı: 212
- İyun 23, 2026
- 0

“Qarabağ”ın futbolçusu Simeon Slavçev komandadan ayrılacaq.
Allsport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə Bolqarıstan, Portuqaliya, Polşa, Türkiyə və Rusiya klubları maraqlanır.
“Levski” klubu qış fasiləsində futbolçunu transfer etmək istəyir və ona sərfəli təklif yollayıb. “Qarabağ”ın planlarınd ayer almayan futbolçu qərar verməyə tələsmir.
Slavçev 2018-ci ilin yayında Lissabonun “Sportinq” klubundan “Qarabağ”a keçib. Onun müqaviləsi mövsümün sonunda başa çatacaq.