“Qarabağ”dan KİV-ə növbəti dəstək: Klub Nurlana 3 ay üçün maaş və “Azərsun holdinq”də iş verdi

“Qarabağ”ın rəhbərliyi keçmiş mətbuat katibi Nurlan İbrahimova jest edib. Allsport.az saytı xəbər verir ki, daim KİV-ə diqqət və qayğı göstərən Ağdam klubu 15 il burada çalışmış həmkarımıza növbəti 3 ay üçün əmək haqqını ödəyib.

Sportinfo.az-ın məlumatına görə, eyni zamanda, ona “Azərsun holdinq”in media sektorunda çalışmaq təklif olunub. Nurlan bir neçə gün öncə mətbuat xidmətinin rəhbəri postundan ayrılmaq məcburuyyətində qalıb.

UEFA, 2-ci Qarabağ savaşında Feysbukda ermənilərlə bağlı paylaşımına görə onu futbol sahəsində çalışmaqdan ömürlük məhrum edib. Həmçinin “köhlən atlar”ı 100 min avro cərimələyib.

Həmin kateqoriyadan