“Qarabağ”ı İtaliya klubuna dəyişə bilər

“Qarabağ”ı İtaliya klubuna dəyişə bilər

“Qarabağ”ın futbolçusu Faysal Rerras karyerasını İtaliyada davam etdirə bilər.

Allsport.az xəbər verir ki, mərakeşli müdafiəçi ilə “B” seriyasında mübarizə aparan “Benevento” klubu maraqlanır.

“Qarabağ”la 2021-ci ilin yayına qədər müqaviləsi olan 26 yaşlı futbolçunun “Benevento”ya keçmək ehtimalı böyükdür.

Faysal 2019-cu ilin yayında “Qarabağ”la 2 illik müqavilə imzalayıb. O, ağdamlılarda 9 oyun keçirib və 1 qol vurub.

Həmin kateqoriyadan