“Qarabağ”ın legionçusu: “Moyes komandadan ayrılandan sonra hər şey dəyişdi”

“Qarabağ”ın futbolçusu Maqaye Qeye açıqlama verib. Allsport.az “Liverpool Echo”ya istinadən xəbər verir ki, 29 yaşlı hücumçu “Everton”dakı günlərindən danışıb:

“David Moyes mənə ata kimi idi. Həqiqətən, mənimlə sərt rəftar edirdi. O zamanlar nə üçün belə olduğunu başa düşmürdüm. Ancaq indi bilirəm, çünki o mənə inanırdı. İlk günümdə atamla birlikdə idim və tibbi müayinədən keçirdim.

Sonra Moyes də idman salonuna gəldi, məni və ailəmi qarşıladı. O, komandadan ayrılandan sonra mənim üçün hər şey dəyişdi. Məyus olmuşdum. “Everton”a Moyes məni istədiyi üçün gəlmişdim. O, getdikdən sonra heç nə əvvəlki kimi olmadı”.

Seneqallı hücumçu Moyesdən sonra “Everton”a rəhbərlik edən Roberto Martines haqda da fikirlərini bildirib:

“Martines yaxşı insandır. Ona qarşı heç bir düşüncəm yoxdur. Yeni futbolçular gətirdi və öz futbolunu istədi. Demirəm ki, bu, mənə uyğun deyildi. Sadəcə, Moyesin rəhbərliyi altında futbol oynamaqdan daha çox zövq alırdım. Martines oyunçuları və fəlsəfəni dəyişdi. Daha sonra mənə onun planlarımda olmadığını dedi”.

Həmin kateqoriyadan