“Qarabağ”ın 7-ci qış çempionluğu

Premyer liqada qış çempionu müəyyənləşib. Allsport.az xəbər verir ki, qış fasiləsinə iki tur qalmış “Qarabağ”ın liderliyi əldən verməyəcəyi dəqiqləşib. Bu, 12-ci turun görüşlərindən sonra rəsmiləşib.

Ağdam klubu səfərdə “Sumqayıt”a 1:2 hesabı ilə uduzsa da, bu turadək komandanın ən yaxın izləyicisi “Keşlə” də məğlub olub. Bakılılar səfərdə “Zirə”yə 1:3 hesabı ilə yenilib. Nəticədə fasiləyə iki tur qalmış 8 xallıq fərq dəyişməz qalıb.

Ağdamlılar 2004/05, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2019/20 mövsümlərində ili lider kimi başa vurub. Rekord isə “Neftçi”yə məxsusdur. Bakılılar 8 dəfə (1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11, 2011/12, 2018/19) yeni ili lider kimi qarşılayıb.

Həmin kateqoriyadan