“Qarabağ”ın başqanından Qurban Qurbanova dəstək: “Unutma, bizlər sənin üstünü silmərik”

“Qarabağ”ın prezidenti Abdulbari Gözəl komanda ilə bir araya gəlib. Allsport.az saytı xəbər verir ki, Qurban Qurbanovla söhbətdə müəyyən məsələlərin müzakirə edilib. Baş məşqçinin “bəlkə getmək vaxtıdır” deməsi ilə başqanın onun sözünü kəsməsi bir olub. Sitat:

“Xocam, bizləri bu yerlərə siz gətirdiniz. Son vaxtlarda qeydə alınan nəticələr hamımızı üzdü. APOEL ilə oyunlarda qələbə qazanmaq istəsək də, olmadı. Bəzən böyük klublar da kiçik klublara uduzur. Gözləmədiyin nəticələr ilə hər zaman qarşılaşa bilşrsin. Unutma, bizlər sənin üstünü silmərik”.

Həmin kateqoriyadan