“Qarabağ”ın futbolçusu 100-ü yarıladı

“Qarabağ”ın futbolçusu Abdullah Zubir premyer liqada 50-ci oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçi yubileyini “Səbail” ilə 11-ci turun səfər matçında (1:1) qeyd edib. O, Azərbaycan çempionatında yalnız bir klubun şərəfini qoruyur. 

Zubir 50 oyunda 14 qol vurub. Debütü 2018/19 mövsümünə təsadüf edən fransalı 23 oyunda 6 dəfə fərqlənib. Ötən çempionatın 19 görüşündə 5 dəfə fərqlənən yarımmüdafiəçi cari mövsümdə 8 matçda 3 qola sevinib.

Zubir premyer liqada 2018-ci il sentyabrın 14-də “Sumqayıt”la ev matçında (1:0) debüt edib.

Həmin kateqoriyadan