“Qarabağ”ın futbolçusu milliyə dönür. “Dünya çempionatı-2022-də oynamaq istəyirəm”

Ötən ilin avqustunda milli karyerasını başa vurduğunu açıqlayan “Qarabağ”ın futbolçusu Donald Gerye yenidən Haiti yığmasına qayıdır. Allsport.az saytı xəbər verir ki, o bununla bağlı açıqlama verib:

“Haiti hökumətində çalışan birisi ilə futbol federasiyasının bəzi rəhbər şəxsləri barədə yaşanan problemlərimdən danışdım. Həmin şəxs bir neçə həftə əvvəl mənə dedi ki, bu insanlar artıq orada yoxdur və yenidən yığmaya qayıda bilərəm.

Çünki ölkənin mənə ehtiyacı var. Ona dedim ki, bu barədə həyat yoldaşımla danışmalıyam. Cavab verdi ki, mən Haitidən bir səfirəm və geri qayıtmalıyam. Həmin şəxslərin Haiti futbol federasiyasında olmadığını nəzərə alsaq, artıq yığmaya qayıtdığımı deyə bilərəm”.

32 yaşlı müdafiəçi  2021-ci ildəki hədəflərindən də danışıb: “Klubumla çempionluq qazanmaq və Haiti yığması ilə dünya çempionatı-2022-nin final mərhələsinə yüksəlmək niyyətindəyəm”.

Həmin kateqoriyadan