- Baxış sayı: 25
- 08 Noyabr 2026 10:36
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Qarabağ”ın çempionlar liqasının 2-ci təsnifat mərhələsindəki matçının vaxtı və təyinatları açıqlanıb. Allsport.az xəbər verir ki, “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq “Qarabağ”ın matçı avqustun 26-da baş tutacaq.
Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək oyunun start fiti 20:00-da səslənəcək. Matçı isə qazaxıstanlı hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Fürqət Atacanov olacaq. Ona Sergey Kalaçyov və Dərhan Tuleqenov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Qriqori Moskovçenko yerinə yetirəcək.