“Qarabağ”ın ispaniyalı legionçusu: “İndi özümü hazır hiss edirəm”

“Qarabağ”ın ispaniyalı legionçusu Migel Markos ölkə çempionatının 12-ci turunda “Xəzər Lənkəran”la matça şərh verib. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçi “ağlar”da vəziyyətinin yaxşı olduğunu deyib:

“Çox şadam ki, baş məşqçi mənə “Xəzər Lənkəran”la oyunda 90 dəqiqə şans verdi. Buna sevinməyə bilmərəm. Bundan əvvəlki oyunlarda meydanda olmamağımın səbəbi komandaya gec qoşulmağım idi. Formada deyildim.

İndi isə özümü hazır hiss edirəm və ümid edirəm ki, Qurban Qurbanov mənə daha çox şans verəcək. Hər zaman “Qarabağ”a kömək etməyə hazıram. Özümdə daha çox güc tapmağa çalışıram”.

Həmin kateqoriyadan