“Qarabağ”ın legionçusu milli komandada

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Kabo Verde yığmasına çağırılıb.

Allsport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Afrika millətlər kubokunda iştirak edəcək heyətdə yer alıb.

Patrik və komandası Fil Dişi Sahilində keçiriləcək qitə çempionatında mübarizə aparacaq. Kabo Verde yığması “B” qrupunda Misir, Qana və Mozambiklə qarşılaşacaq. Afrika millətlər kuboku yanvarın 13-dən fevralın 11-dək Fil dişi Sahilində keçiriləcək.

Həmin kateqoriyadan