“Qarabağ”ın məşqçisi və hakimləri söyən 10 futbolçu cəzalandırıldı

“Qarabağ”ın məşqçisi və hakimləri söyən 10 futbolçu cəzalandırıldı

İntizam komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, region liqası və aşağı yaş qrupu yarışlarında 10 futbolçu hakimləri təhqir etdiyi üçün 4 matçlıq cəzalandırılıb.

Gənclər liqasının “Qarabağ” – “Zirə” qarşılaşmasında tribunadan hakimlər briqadasını təhqir edən ağdamlıların baş məşqçisi Samir Musayev 5 oyunluq cəzaya məruz qalıb.

Eyni səbəbdən cəzalandırılanlar arasında EFA-nın U-11 komandasının baş məşqçisi Tağı Məmmədov və futzal üzrə II dəstədə yarışan “Atletiko Baku”nun meneceri Zaur Səmədov da var.

Həmin kateqoriyadan