“Qarabağ”ın mətbuat katibini ömürlük futboldan kənarlaşdırdı, klubu 100 000 avro cərimələdi

UEFA “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı yekun qərarını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, ali qurum həmyerlimiz futboldan ömürlük kənarlaşdırıb.

Cəzaya dağlıq Qarabağ münaqişəsi zamanı onun Feysbukda ermənilərlə bağlı paylaşımı səbəb olub. UEFA həmçinin Ağdam klubunu 100 000 avro məbləğində cərimələyib.

Qitə futbol qurumu İbrahimova qarşı “İrqçi və digər ayrı-seçkilik davranışı” və “Əsas davranış qaydalarının pozulması” maddəsi ilə intizam işi açmışdı.

Həmin kateqoriyadan