“Qarabağ”ın mümkün rəqibində baş məşqçi dəyişikliyi

Polşanın “Legiya” klubu uğursuz nəticələrə görə bosniyalı baş məşqçisi Aleksandar Vukoviçi istefaya göndərib. Allsport.az xəbər verir ki, klub rəhbərliyi ekstraklasanın 6-cı turunda evdə “Qurnik”ə məğlubiyyətdən sonra bu qərarı verib.

Varşava təmsilçisi yeni baş məşqçisini də açıqlayıb. Komandanı bundan sonra Çeslav Mixneviç çalışdıracaq. Polşalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

“Qarabağ” Avropa liqasının pley-off mərhələsində “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq.

Həmin kateqoriyadan