“Qarabağ”ın oyunu Atacanov üçün əlamətdar olacaq

“Qarabağ”ın çempionlar liqasının II təsnifat mərhələsində “Şerif”lə oyununu qazaxıstanlı referi Fürqət Atacanov idarə edəcək. Ona Sergey Kalaçyov və Darhan Tuleqenov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Qriqori Moskovçenko yerinə yetirəcək.

Allsport.az xəbər verir ki, 33 yaşlı referi ilk dəfə çempionlar liqasının görüşünə təyinat alıb. Atacanov indiyə qədər 13 beynəlxalq matç idarə edib.

O, ötən il UEFA gənclər liqasında “Qəbələ”nin Kiprdə APOEL-lə heç-heçə etdiyi oyunun (1:1) baş hakimi olub.

Həmin kateqoriyadan