- Baxış sayı: 24
- 08 Noyabr 2026 10:36
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Avropa liqasının “A” qrupunun 2-ci turunda “Qarabağ”ın səfərdə “Düdelanj”a qarşı oyununda erməni təxribatı baş verib. Allsport.az saytı xəbər verir ki, görüşün 31-ci dəqiqəsində, 2-ci qolumuzdan sonra meydanın üzərində separatçı “Dağlıq Qarabağ” rejiminin bayrağı dronla havalandırılıb. Xoşagəlməz olayda baş hakim matçı yarımçıq dayandırıb. Təxminən 20 dəqiqəlik fasilədən sonra oyun davam etdirilib və “Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə sona yetib. Qalmaqalda baş verənləri sizə təqdim edirik:















