“Qarabağ”ın oyununun vaxtı dəyişdi

Premyer Liqanın II dövrəsinin “Kəpəz” – “Qarabağ” və III dövrəsinin “Qarabağ” – “Kəpəz” oyunlarının yerləri dəyişdirilib.

Allsport.az xəbər verir ki, bu addım Ağdam təmsilçisinin Avropa liqasının qrup mərhələsində “Bayer 04” ilə görüşə daha yaxşı hazırlaşa bilməsi məqsədilə atılıb.

Beləliklə, XII turun duelində “Qarabağ” “Kəpəz”i qəbul edəcək. Noyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq.

Həmin kateqoriyadan