“Qarabağ”ın oyununun yeri dəyişdirildi

“Qarabağ”ın oyununun yeri dəyişdirildi

Ölkəmizi Avropa liqasının qrupunda təmsil edən “Qarabağ”  peşəkar futbol liqasına müraciət ünvanlayıb.

Allsport.az saytı xəbər verir ki, oyunlarını neytral meydanda keçirən “Qarabağ” vaxt məhdudiyyəti səbəbindən, “Qəbələ” ilə 6 dekabr saat 14:00-da səfər oyununun ev, 3-cü dövrənin “Qarabağ” – “Qəbələ” (6 mart) oyununun “Qəbələ” – “Qarabağ” oyunu kimi qeydə alınmasını xahiş edib.

“Qəbələ” klubunun razılıq məktubunu nəzərə alan PFL müvafiq dəyişikliyi edib. Dekabrın 7-da “Azərsun arena”da görüş saat 14:00-da başlayacaq.

Həmin kateqoriyadan