“Qarabağ”ın prezidenti daha uğurlu nəticələr gözləyir

“Qarabağ”ın prezidenti Abdulbari Gözəl komandanı ziyarət edib.

Allsport.az xəbər verir ki, ilk olaraq komandanın baş məşqçisi Qurban Qurbanovla görüşən klub prezidenti ilə 2019-cu ildə qeydə alınan nəticələr müzakirə olunub və növbəti ildə istər ölkə çempionatında, istərsə də Avropada daha uğurlu nəticələrə inandığını bildirib.

Sonra komandayla görüşən Abdulbari Gözəl “Qarabağ”ın Avropa və dünyada tanınan bir klub olduğunu bildirib və növbəti ildə daha uğurlu nəticələr gözlədiyini futbolçulara çatdırıb. Gözəl bəy futbolçularla tək-tək görüşərək ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçında bu gün baş tutacaq “Keşlə”ylə oyunda uğurlar arzulayıb.

Həmin kateqoriyadan