FOTO
“Qarabağ”ın prezidenti klub bazasını ziyarət etdi

“Azərsun Holdinq” müşahidə şurasının sədri və “Qarabağ” Futbol Klubunun prezidenti cənab Abdulbari Gözəl bu gün Ağdam təmsilçisinin yeni tikilən bazasına baş çəkib. Allsport.az xəbər verir ki, “Qarabağ”ın bazasının qurulmasının ilk günündən mütəmadi olaraq inşaatın gedişatıyla tanış olan başqan bu dəfə də ənənəsinə sadiq qalıb.

Gözəl stadionu gəzərək görülən işlərlə yaxından tanış olub. Stadionun tikintisinin ən qısa zamanda başa çatdırılmasıyla bağlı göstəriş verən Gözəl bununla bağlı öz tövsiyələrini də verib.

Həmin kateqoriyadan