- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 219
- Avqust 05, 2026
- 0

Bu gün Avropa liqasında final oynanılıb. Allsport.az saytı xəbər verir ki, koronavirus pandemiyası üzündən martdan dayandırılan və bu ay bərpa olunan yarışın həlledici görüşündə İspaniyanın “Sevilya” və İtaliyanın “İnter” klubları üz-üzə gəliblər.
Almaniyanın Köln şəhərinin “Reyn Energi” stadionunda qarşılıqlı hücumlar şəraitində keçən matçda əndəluslar 3:2 qalib gələrək, 6-cı dəfə baş mükafata sahibləniblər.
Qalib komanda cari mövsümdə “A” qrupunda “Qarabağ”la bir yer almışdı.