“Qarabağ”ın rəqibi evdə qalib gəlib

“Hakken” klubu İsveç allsvenskanının 23-cü turunda Halmstad şəhərinin eyni adlı təmsilçisini qəbul edib. Allsport.az saytının məlumatına görə, 90 dəqiqə ərzində bütün göstəricilərə görə rəqibini üstələyən “sarı-qaralar”, 15-ci dəqiqədə Mikkel Rüqorun vurduğü qolla hesabı açıb.

2-ci hissənin 50-ci dəqiqəsində Cek Kuper-Lav və 53-cü dəqiqədə Kasper Karlsonun ard-arda fərqlənməsi ilə şok yaşayan Göteborq komandası, matçın 79-cu dəqiqəsində Momodu Sonkonun sayəsində hesabı bərabərləşdirə bilib.

90+1 oynanarkən, Even Xovland qələbə qolunun mūəllifi olub. Bu qarşılaşmada topa 69 faiz hakim olan “Hakken” qapı çərçivəsinə 7, həmin istiqamətində toplam 19 zərbə endirib. Bu qələbədən sonra Qarabağın avroliqada “H” qrupunda rəqibi 47 xalla ölkə çempionatında 3-cü yerini qoruyub. 23-cü turun qarşılaşmalarından sonra “Malmö”  49 xalla 1-ci, “Elfsborq” 48 xalla 2-ci, məğlub olan “Halmstad” isə 23 xalla 1oncu pillədədir.

Mansur DADAŞOV, İsveç

Həmin kateqoriyadan