“Qarabağ”ın şikayətinə rədd cavabı

UEFA “Qarabağ”ın sabiq mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı apellyasiya şikayətinə baxıb. Allsport.az xəbər verir ki, Ağdam təmsilçisinin müraciəti rədd edilib.

UEFA-nın nəzarət, etika və intizam komitəsinin noyabrın 25-dəki qərarı təsdiqlənib. UEFA 2-ci Vətən müharibəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. “Qarabağ” isə 100 min avro məbləğində cərimələnib.

Nurlan İbrahimovla bağlı idman arbitraj məhkəməsinə də müraciət olunub.

Həmin kateqoriyadan