“”Qarabağ”la görüşdə əsas diqqəti mərkəzə yönəltmişdik”

27 yanvarda premyer liqanın 20-ci turunda “Kəpəz” Qəbılədə “Qarabağ”a 1:2 uduzdu. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Adil Şükürov yenilgiyə aydınlıq gətirdi:

“Bu gün futbolçular verilən tapşırıqların əksəriyyətini yerinə yetirdilər. Düzdür, oyunun sonunda idarəetməni itirdik.

Amma mübarizlik ruhunu ortaya qoya bildik. Məqsədimiz, “Kəpəz”ın öncəki şöhrətini özünə qaytarmaqdır.

“Qarabağ”la görüşdə əsas diqqəti mərkəzə yönəltmişdik. Son dəqiqələrdə ani bir diqqətsizlik penaltiyə, sonra da məğlubiyyətə səbəb oldu”.

Həmin kateqoriyadan