“Qarabağ”la matçdan sonra hələ ki oyunumuzu tapa bilmirik”

Allsport.az xəbər verir ki, “Araz-Naxçıvan” premyer liqanın 12-ci turunda səfərdə “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olub. Muxtar respublika təmsilçisinin baş məşqçisi Azər Məmmədov mətbuat konfransında açıqlama verib:

“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Vacib qələbə qazandılar. “Qarabağ”la matçdan sonra hələ ki oyunumuzu tapa bilmirik. Ola bilsin, hansısa epizodları düzgün edirik, amma istədiyim “Araz-Naxçıvan” bu deyil. Oyunu analiz edən zaman futbolçulara bildirdik ki, rəqib kəsərli hücumlar qurur, bundan sığortalanmağın yollarını da demişdik. Səhvimiz hücum fazasına keçidlə bağlıdır. Biz elə komandayıq ki, yaratdığımız epizodları qola çevirməyəndə sonra daha çətin olur.
Bəzi futbolçularımızın oyununda eniş var. Kuzmanoviç əvvəlki turlarda göstərdiyi performansdan uzaqdı, əvəzində Nuno daha yaxşı çıxış edir”.

Həmin kateqoriyadan