“Qarşılaşmada dominant tərəf biz idik“

Azərbaycan premyer liqasının 16-cı turunda “Sabah” evdə “Səbail”ə 4:0 hesabı ilə qalib gəlib

Allsport.az xəbər verir ki, Masazır təmsilçisinin məşqçisi Artur Olenin mətbuat konfransında oyunla bağlı öz fikirlərini bölüşüb:

“Çox yaxşı oyun alındı. Qarşılaşmada dominant tərəf biz idik. Gözəl qollar vurduq. Düzdür, iki qolumuz sayılmadı. Buna da baxmaq lazımdır, hakimlər niyə görə qolları saymadılar. Futbolçuları göstərdikləri oyuna görə təbrik etdik. Belə davam etməliyik.

Çalışırıq ki, vəziyyəti düzəldək. Amma bəzən alınmır. Çünki rəqiblər də qalib gəlmək istəyir. Düşünürük ki, vəziyyəti düzəldəyəcəyik”.

Həmin kateqoriyadan