“Qartallar” bütün rəqiblərdən xal qoparıb

“Zirə” koronavirus pandemiyası üzündən yarımçıq başa çatan premyer liqanın 2019/20 mövsümündə qarşılaşdığı bütün rəqiblərdən xal alıb. Allsport.az saytı xəbər verir ki, komanda 20 görüşdə topladığı 23 xalı 7 müxtəlif komanda ilə görüşlərdə əldə edib.

“Qartallar” “Səbail”dən daha çox – 6 xal alıb. Futbolçularımızın ən çox – 7 top vurduğu rəqib də bu komandadır.

Qəsəbə təmsilçisinin uduzmadığı yeganə komanda “Sabah”dır. Bu rəqiblə paytaxt duellərində komandamız aktivinə 5 xal yazıb. “Sumqayıt”la matçlarda isə 4 xal qazanılıb.

“Zirə” başa çatan mövsümdə 7 rəqibdən biri – “Neftçi” ilə iki dəfə, digər komandalarla üç dəfə üz-üzə gəlib.

Həmin kateqoriyadan