“Qartallar”ı Moldova klubuna dəyişdi

“Zirə”dən ayrılan Riçard Qadzenin yeni klubu müəyyənləşib. Allsport.az xəbər verir ki, 25 yaşlı hücumçu Moldovanln “Şerif” klubuna keçib.

Qanalı hücumçu Tiraspol təmsilçisində 43 nömrəli formada çıxış edəcək. 

Qadze ötən mövsümün qış fasiləsində qoşulduğu “Zirə”də 11 oyun keçirib və 3 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Zirə” tarixində ən çox qol vuran 2-ci futbolçudur. Aktivində 13 qolu olan hücumçu lider Nelson Bonilyadan 1 top geridədir.

Həmin kateqoriyadan