- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra premyer liqada 2-ci turun oyunları keçiriləcək. Allsport.az xəbər verir ki, “Zirə” mövsümdə ikinci qarşılaşmasında “Səbail”lə görüşəcək.
İlk turda səfərdə “Qəbələ” ilə heç-heçə edən (1:1) “qartallar” yenə rəqib meydanında qüvvəsini sınayacaq. “ASCO Arena”da baş tutacaq oyun komandaların ölkə çempionatında 12-ci dueli olacaq.
“Zirə” premyer liqada 11 dəfə “Səbail”lə üz-üzə gəlib. Paytaxt klubları ilk dəfə 2017/18 mövsümündə görüşüb. Hesabında 6 qələbə olan “qartallar” 2 görüşdən bir xalla ayrılıb. 3 matçda isə “Səbail” qalib gəlib. Son iki qarşılaşmada inamlı qələbələr qazanan qəsəbə təmsilçisi top fərqində də üstünlüyə malikdir – 15:7. “Qartallar”ın heyətində 13 futbolçu qol sevinci yaşayıb.
“Zirə”nin üstünlüyü səfər oyunlarında da müşahidə olunur. Baş tutan 6 matçda 4 dəfə üç xala sevinən “qartallar” səfərdən iki dəfə məğlub ayrılıb. Aktivində 7 qol olan “Zirə” futbolçuları iki top buraxıb.