Qırğızıstan futbol adamlarının qurğularımızla tanışlıq səfəri

Qırğızıstan futbol federasiyasının vitse-prezidenti Dastanbəy Konokbayev, icraiyyə komitəsinin üzvü Əsilbəy Kadıraliyev və Bişkek şəhər meriyasının üzvlərindən ibarət nümayəndə Bakıda səfərdədir. Allsport.az saytı xəbər verir ki, Qırğızıstan millisi üçün Bişkek şəhərində təlim-məş bazasının inşası planlaşıdırılır və bu səfərin məqsədi paytaxtda yerləşən stadionlar, futbol infrastrukturu ilə tanışlıq, təcrübə mübadiləsidir.

Bu gün qonaqlar Bakı olimpiya stadionuna baş çəkib, arena ilə tanış olublar. Qırğızıstan nümayəndə heyəti noyabrın 30-da gün ərzində “ASCO Arena”, AFFA futbol akademiyası, Mərdəkan qəsəbəsindəki milli komandaların məşq mərkəzi və “Bakcell arena”ya baxış keçirəcəklər.

Həmin kateqoriyadan