“Qırmızı-qaralar” 14-cü mövsümdə 8-ci oldu

“Qəbələ” premyer liqada 14-cü mövsümü arxada qoyub. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” koronavirus pandemiyasına görə yarımçıq başa çatan 2019/20 mövsümündə 8-ci yerdə qərarlaşıb.

Komanda 20 oyunda 19 xal toplayıb. “Qəbələ” premyer liqada 2006/07 mövsümündə debüt edib.

14 çempionat ərzində komanda 412 oyun keçirib. 166 qələbəsi olan “qırmızı-qaralar” 107 heç-heçə edib və 139 dəfə uduzub. 505 qol vuran “Qəbələ” 444 top buraxıb.

Həmin kateqoriyadan