- Baxış sayı: 38
- 09 Noyabr 2026 13:35
- Baxış sayı: 51
- Noyabr 08, 2026
- 0

“Qəbələ” premyer liqanın 2-ci yarısına hazırlığı davam etdirir. Allsport.az saytı xəbər verir ki, Antalyada olan “qırmızı-qaralar” təlim-məşqin 2-ci gününü arxada qoyub.
Komanda günü 2 çalışma ilə yekunlaşdırıb. Məşq toplu və topsuz çalışmalardan ibarət olub.
“Qaradağ Lökbatan”la yanvarın 12-də Bakıda keçirilən yoxlama oyununda zədələnən Ceyms Adeniyi fərdi hazırlıq keçib. Onun 2 günə çalışmalara qatılacağı gözlənilir.