- Baxış sayı: 21
- 07 Avqust 2026 11:58
- Baxış sayı: 190
- Avqust 05, 2026
- 0

“Qəbələ” heyətinə yeni futbolçu cəlb edib. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” xorvatiyalı müdafiəçi Vinko Medimoreçin keçidini gerçəkləşdirib.
26 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb. Peşəkar karyerasına “Koprivinitsa”da başlayan müdafiəçi 2014-2015-ci illər mövsümündə bu komandada çıxış edib.
2015-ci ildə “Slaven”ə keçən Vinko son 5 mövsümdə yüksək dəstə təmsilçisinin formasını geyinib. O, bu komandada 98 oyunda 4 qol vurub.